Alman tankeri Rusiyadan ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına neft məhsulları çatdırıbbackend

Alman tankeri Rusiyadan ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına neft məhsulları çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun və BlackSeaNews nəşrinin nümayəndəsi Andrey Klimenko Almaniyanın CST şirkətinin AVENCA tankerinin Novorossiyskdən ABŞ Hərbi Dəniz Qüvvələrinin Norfolk bazasına 50 min ton neft məhsulu gətirdiyini söylədi.

Klimenkonun sözlərinə görə, Liberiya bayraqlı tanker noyabrın 13-də Novorossiysk limanından çıxıb və dekabrın 7-də Norfolka çatıb. Eyni zamanda o qeyd edib ki, Avropa İttifaqı öz şirkətlərinə Rusiya neft məhsullarını almağa və dəniz yolu ilə dünyanın istənilən ölkəsinə daşımağa qadağa qoyub.

Norfolk ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas bazası və dünyanın ən böyük hərbi limanıdır. Burada 75 gəmi, o cümlədən təyyarədaşıyan gəmilər, həmçinin 134 təyyarə, sursat və yanacaq anbarı yerləşir.