“Bank of Baku” əvvəlki kimi qazana bilmir – xalis mənfəətdə 6,5 milyonluq azalmabackend

“Bank of Baku” əvvəlki kimi qazana bilmir – xalis mənfəətdə 6,5 milyonluq azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin eyni dövrünə nisbətən 2023-cü ilin III rübündə “Bank of Baku”nun xalis mənfəəti 6,45 milyon manat azalıb.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, bank bu ilin III rübünü 24,3 milyon manat xalis mənfəətlə bitirib ki, bu da ötən ilin müvafiq dövrü ilə 21% azdır. 2022-ci ilin eyni dövründə bank 30,77 milyon manat xalis mənfəət açıqlamışdı.

Hesabat dövründə bankın faiz gəlirləri 32% artaraq 94,12 milyon manat, faiz xərcləri isə 90.3% artaraq 29,34 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9,6 milyon manata ( illik müqayisədə 10% çox ), qeyri-faiz xərcləri isə 50.2 milyon manata ( illik müqayisədə 31% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 24,19 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu ötən ilin eyni dövrünə nisbətən 2,2 milyon manat azdır.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik, “AFB Bank” ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.