İsrailin blokada altındakı Qəzza zolağına 2 ayda təşkil etdiyi hücumlarda 75 jurnalist ölüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyi açıqlama yayıb.
“Al Araby Al Jadeed” qəzetinin xəbərinə görə, dünən günorta saatlarından etibarən fələstinli müxbirləri Kahlutla əlaqə kəsilib və onun həbsi ilə bağlı məlumat daha sonra ailəsi tərəfindən təsdiqlənib.
Xəbərdə İsrail əsgərlərinin Kahlut’a silah doğrultduğu, onu əlil qızını geridə qoymağa məcbur etdiyi, daha sonra isə soyunaraq döydüyü bildirilib.