NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Anklavın cənub hissəsində gedən döyüşlərin intensiv tempi fonunda Birləşmiş Millətlər Təşkilatının Qəzza zolağının cənubunda artıq humanitar əməliyyatları yoxdur. Bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits mətbuat konfransında bildirib.
“Bizim artıq Qəzzanın cənubunda bu adla adlandırıla bilən humanitar əməliyyatımız yoxdur. Qəzzanın cənubundakı hərbi hücumun sürəti Qəzzanın şimalındakı hücumun təkrarıdır”, – Qriffits deyib.
BMT dövlət katibinin müavininin sözlərinə görə, Qəzza zolağında mülki insanlar üçün təhlükəsiz yer qalmayıb, “bu, mülki insanları qorumaq üçün humanitar planın təməl daşı olub”.