Ərdoğan Rusiyadan Avropaya qaz nəqli ilə bağlı Putinlə razılaşdığını bildiribbackend

Ərdoğan Rusiyadan Avropaya qaz nəqli ilə bağlı Putinlə razılaşdığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Balkanlara və Avropaya qazın nəqli məsələsində razılaşdığını bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə hökuməti Trakyanı Rusiyadan Balkanlara və Avropaya təbii qaz tədarükü mərkəzinə çevirməkdə qərarlıdır.

“Biz bu məsələdə Rusiya prezidenti Vladimir Putinlə razılığa gəldik”, – Türkiyə prezidenti bildirib.