Finlandiya Rusiya ilə bəzi keçid məntəqələrini aça bilərbackend

Finlandiya Rusiya ilə bəzi keçid məntəqələrini aça bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hökuməti gələn həftə Rusiya ilə sərhədində bir və ya bir neçə sərhəd keçidini açmağı düşünür. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hələ ki, qərar qəbul edilməyib və Nazirlər Kabinetinin dekabrın 12-də keçid məntəqəsinin açılışını elan edə biləcəyi gözlənilir. İndi Rusiya ilə sərhədi tamamilə bağlı saxlamağa məcbur edəcək heç bir təhlükə yoxdur, hökumət mənbələri vurğulayıblar. Nəşr qeyd edir ki, bu, sərhəddə və onun yaxınlığında kifayət qədər sakit olması ilə bağlıdır.

Hökumət iki variantı nəzərdən keçirir: şərq sərhədinin yük qatarları istisna olmaqla, bütün nəqliyyat növləri üçün bağlı saxlanılması və ya bir və ya bir neçə sərhəd keçidinin açılması.

Finlandiya hakimiyyətinin qərarı ilə Rusiya Federasiyası ilə sərhəddəki bütün keçid məntəqələri dekabrın 13-dək bağlanıb.