NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı hesab edir ki, İsrail ordusunun Qəzzada davam edən hərbi əməliyyatı istənilən nəticəni verməyib. Hərəkat bu barədə Telegram kanalında 1987-ci il Fələstin intifadasının (qiyamının) ildönümünə həsr olunmuş yazıda məlumat verib.
Mətndə deyilir: “İsrailin Qəzzada iki aydan artıq aktiv hərbi əməliyyatları ərzində işğalçı qüvvələr fələstinlilərin və müqavimət qruplarının müqaviməti səbəbindən öz məqsədlərinə nail ola bilməyiblər”.
HƏMAS həmçinin bütün ərəb müsəlmanlarını Qəzza zolağı ilə həmrəylik hərəkatını davam etdirməyə və xalqına dəstək verməyə çağırıb.