Tərkibindəki fermentlər və minerallar səbəbiylə bir çox dərmanların tərkibində olan gicitkən, tibdə istifadə olunmaqla yanaşı, yeməklərdə və gicitgən çayı kimi də seçim edilir.
NOCOMMENT xəbər verir ki, sürtünmə, toxunma kimi vəziyyətlərdə qaşınma və sancma hissi yaratdığı üçün zərərli olduğu düşünülsə də, gicitkən çayı içənlərin sağlamlığına ciddi müsbət təsir göstərir. Bəs gicitkənin faydaları nələrdir?
- Orqanizmdə əmələ gələn toksinlərin xaric olmasını təmin edir.
- Böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
- Baş ağrılarına faydalıdır.
- Bədəndəki ödəmi aradan qaldırmaqda təsirlidir.
- Qan dövranını tarazlaşdırmaqda təsirlidir.
- Ürək sağlamlığı üçün faydalıdır.
- Tənəffüs pozğunluğundan əziyyət çəkən insanlar üçün tövsiyə olunur.
- Sümükləri gücləndirir.
- Dəri sağlamlığı üçün faydalıdır.
GİCİTKƏN OTUNUN ZƏRƏRLƏRİ
Gicitkən istehlakı təhlükəsiz bitkilər arasında olsa da toplama zamanı əlcəklərdən istifadə edilmədikdə dərinin qıcıqlanmasına səbəb olur. Bundan əlavə, ümumi olmasa da, gicitkən bəzi zərərli təsirlərə malikdir; tərləmə, ürəkbulanma, qusma, ishal və s.
Gicitkən istifadə edərkən nəzərə alınmalı olan başqa bir şey də təzə gicitkənin dəri və ya yara ilə birbaşa təmasından qaçınmaqdır.