İraqda tələbə yataqxanasında yanğın baş verib.
NOCOMMENT xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərinin Soran rayonunda 14 mərtəbəli tələbə yataqxanasında baş verən yanğında 14 nəfər həyatını itirib.
İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərində gecə saatlarında yanğın baş verib.
Soran Baş məmuru Helqurd Şeyh Necip hadisədən sonra keçirdiyi mətbuat konfransında tələbə yataqxanası kimi istifadə edilən binada 60 nəfərin olduğunu, yanğında 7 nəfərin yaralandığını açıqlayıb. Necip açıqlamasında həyatını itirənlər arasında universitet professorunun olduğunu qeyd edib.
Yanğının söndürülməsi üçün hadisə yerinə gələn yanğınsöndürənlər alovu nəzarətə götürüb.