ABŞ Qəzzanın cənubunu əhatə edən İsrailin genişmiqyaslı hücumunu rədd edib. Vaşinqton rəhbərliyinin Qəzzada “əməliyyatlarını” tamamlamaq üçün İsrailə 2023-cü ilin sonuna qədər vaxt verdiyi iddia edilib.Qəzzanın şimalını bombalayan İsrail ordusu son günlər şəhərin cənubuna hücumlara başlayıb. Xüsusilə Xan Yunus ətrafında artan hücumlar, müharibənin cənubu da əhatə edəcək şəkildə genişlənəcəyinə dair şərhlərə səbəb oldu.
NOCOMMENT xəbər verir ki, ABŞ-da nəşr olunan “Politico” jurnalına danışan üç İsrail rəsmisi ABŞ-ın Qəzzada “əməliyyatları” tamamlamaq üçün İsrailə 2023-cü ilin sonuna qədər vaxt verdiyini açıqlayıb. “Politico”nun məlumatına görə, İsrail ordusunun Qəzzanın cənubuna və aylarla davam edən hücum planı ABŞ Dövlət Departamenti tərəfindən rədd edilib.