Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.
Baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub. Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, qəzada bir nəfər dünyasını dəyişib.