İsrailin müdafiə naziri: “Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb”backend

İsrailin müdafiə naziri: “Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS hərəkatı ilə əlaqəli minlərlə yaraqlı və yüzlərlə silahlı birləşmə komandiri məhv edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Onun sözlərinə görə, HƏMAS-a qarşı çox böyük uğurlar var və bunun çox açıq təzahürləri görsənir.

Bildirib ki, Qəzza zolağında HƏMAS-ın bir çox obyektləri – tunellər, hərbi infrastruktur, silah-sursat anbarları məhv edilib. Bundan əlavə, kəşfiyyat məlumatları olan yüzlərlə kompüter ələ keçirilib.