NOCOMMENT.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının Təmas Qrupu Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün yeni plan hazırlayıb. Layihə BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkəyə təqdim olunub. Bu barədə “The Star” məlumat yayıb.
Söhbət “Türkiyə planı” deyilən plandan gedir. O, hərbi əməliyyatların tam dayandırılması, anklavın humanitar blokadasının aradan qaldırılması, region sakinlərinin məcburi köçkünlüyünə son qoyulması və sülhü təmin edən mexanizmlərin yaradılması daxil olmaqla 11 bənddən ibarətdir.
Nəşrin məlumatına görə, Rusiya, Çin, Böyük Britaniya və Fransanın ardınca “Türkiyə planı” dekabrın 8-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenə təqdim edilib. Sənəddə deyilir ki, Qəzzada noyabrda elan edilmiş müvəqqəti humanitar atəşkəs münaqişənin həllinə töhfə verməyib.