NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qətər hakimiyyəti HƏMAS-ın Qəzza zolağında saxladığı bütün məhbusların azad edilməsi ilə bağlı dialoqu dayandırmaq fikrində deyil. Onun sözlərinə görə, Doha hərbi əməliyyatları dayandırmağa çağırır.
“Biz bütün girovların azad edilməsinə çalışacağıq, eyni zamanda bu müharibəni və fələstinlilərin atəşə tutulmasını dayandırmaq niyyətindəyik. Bunun üçün həmişə belə qarşılıqlı əlaqəyə hazır olan iki tərəf lazımdır. Təəssüf ki, biz həftələr əvvəl gördüyümüz hazırlığı görmürük”, – Əl Tani bildirib.