Nazirlik 6 milyona orta məktəb tikdirirbackend

Nazirlik 6 milyona orta məktəb tikdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Veles” QSC olub.

NOCOMMENT.az Yeniavaz.com-a istinadən xəbər verir ki, İdarə Şəki şəhər 18 nömrəli 720 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması görə “Veles” QSC-yə 5 milyon 957 min 808 manat 20 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 2 min manat olan “Veles” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev, ev 5, mənzil 31-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abdurəhimov Teymur Fikrət oğludur.