Toyda qohumunu mahnıya görə bıçaqladı, 7 il həbs edildibackend

Toyda qohumunu mahnıya görə bıçaqladı, 7 il həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda toy məclisində qohumunu mahnı sifarişinə görə bıçaqlamaqda təqsirləndirilən Əmrah Alışovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

NOCOMMENT.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs isə son söz deyib.

Müşavirədən qayıdan məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Ə.Alışov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonu Ləhiş bağları adlanan ərazidə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Əmrah Alışov içkinin təsiri altında toy məclisində aralarında yaranmış mübahisə zamanı qohumu 1991-ci il təvəllüdlü Rəvan Əsgərovu bıçaqlayıb.

Hadisənin mahnı sifarişi üstündə baş verdiyi məlum olub.

Daha sonra Ə.Alışov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.