Danimarkanın səfiri Yakob Henninqsen Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
NOCOMMENT.az xəbər verir ki, buna səbəb onun Danimarka mediasına “Rusiya iqtisadiyyatı və Rusiyanın qanunvericilik bazası ilə bağlı qiymətləndirmələri” ilə bağlı açıqlamaları olub.
Qeyd edilib ki, bu cür bəyanatlar qəbuledilməzdir və Kopenhagenin Rusiya Federasiyasının daxili işlərinə qarışması ilə həmsərhəddir və bu cür spekulyasiyaların yayılması 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur.
Rusiya Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, xarici şirkətlərin, o cümlədən Danimarka şirkətlərinin Rusiyadakı işinə əsas zərər Aİ və ABŞ-ın sanksiyalarından qaynaqlanır.