Rusiya hökuməti bərk buğdanın ixracına müvəqqəti qadağa tətbiq edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
“Rusiya ölkədən bərk buğdanın ixracına müvəqqəti məhdudiyyət tətbiq edir. Bu barədə sərəncam imzalanıb. Qərar ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və daxili bazarda bərk buğda məhsullarının qiymətləri ilə bağlı sabit vəziyyəti saxlamağa kömək edəcək. ”, – mesajda deyilir.
Müvəqqəti məhdudiyyət hökumətin sərəncamı dərc edildiyi andan qüvvəyə minir və 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.