NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mindən çox soydaşımız Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxarılaraq Rusiyaya təhvil verilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ümumilikdə, 1050-dən çox soydaşımız münaqişə zonasından çıxarılaraq təhlükəsiz şəkildə Rusiyaya təhvil verilib”, – idarədən bildirilib.
Dekabrın 10-da Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi ilə 100 rus və fələstinli Moskvaya gəlib. Domodedovoda Xarici İşlər Nazirliyinin səfər komandası onlara nəzarətdən keçmək üçün lazımi köməklik göstərib.
Rusiyanın Qahirə, Təl-Əviv və Ramallahdakı diplomatik nümayəndəlikləri, Xarici İşlər Nazirliyinin müvafiq idarələri, Fövqəladə Hallar Nazirliyi və digər idarələr təxliyyənin mümkün qədər tez başa çatdırılması üçün səylərini davam etdirir.