İsveç Ukraynaya 1,4 milyon dollar ayıracaqbackend

İsveç Ukraynaya 1,4 milyon dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç hökuməti Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) dekabrın 12-də keçiriləcək beynəlxalq donor konfransı çərçivəsində Ukraynanın “İctimai” telekanalına dəstək üçün 15 milyon kron (1,4 milyon ABŞ dolları) ayırdığını elan edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin məlumatında deyilir.

Ayrılan vəsait üç il müddətinə nəzərdə tutulub və digər şeylərlə yanaşı, “rəqəmsal xəbərlər üçün rahat platformalar yaratmaq və Ukraynanın jurnalist potensialını gücləndirmək” üçün istifadə oluna bilər.

İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyi SIDA və ictimai radio şirkəti Sveriges Radio 2017-ci ildən etibarən İctimaiyyətə dəstək verir.