Finlandiya hökuməti dekabrın 14-dən Rusiya ilə sərhəddə üç ən böyük sərhəd-keçid məntəqəsini sərnişinlərin üzünə açmaq niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “ İlta-Sanomat” qəzeti məlumat yayıb .
Onun sözlərinə görə, qərar çərşənbə günündən cümə axşamına keçən gecə qüvvəyə minəcək. Finlandiya hakimiyyəti Vaalimaa, Nuijamaa və İmatra keçid məntəqələrini açmağı planlaşdırır. Baş nazir Petteri Orponun hökumətin qərarını çərşənbə axşamı elan edəcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 18-nə keçən gecə Finlandiya Rusiya Federasiyası ilə sərhəddə yerləşən dörd keçid məntəqəsini (Vaalimaa, Nuijamaa, İmatra və Niirala) “üçüncü ölkə vətəndaşlarının” axını səbəbindən 2024-cü il fevralın 18-dək bağlayıb.