Livanın cənubundan İsraildəki hərbi məntəqəyə hücum edilib.
NOCOMMENT.az xəbər verir ki, Hizbullah İsrailin sərhəddəki hərbi məntəqəsinə hücumla bağlı açıqlama verib.
Açıqlamada İsrailin Əl Malikiyye hərbi məntəqəsinə “uyğun silahlarla” hücum təşkil edildiyi bildirilib.
İsrail silahlı pilotsuz uçuş aparatları (PUA) Beyt Lif və Ramya qəsəbələri arasındakı ərazini bombalayıb.
Kefryatir şəhərinin səmasında raketin partladığı və düşən qəlpələrin bir avtomobilə dəydiyi də bildirilib.