Rusiyanın İrandakı keçmiş baş konsulu mənzilində ölü tapıldı – FOTObackend

Rusiyanın İrandakı keçmiş baş konsulu mənzilində ölü tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyev Moskvadakı mənzilində ölü tapılıb.

NOCOMMENT.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, diplomatın meyitini həyat yoldaşı aşkarlayıb. Hazırda ekspertlər keçmiş baş konsulun ölüm səbəbini araşdırırlar.

Qeyd edək ki, Konstantin Alekseyev 2015-2019-cu illərdə Rusiyanın İranda baş konsulu vəzifəsində çalışıb. Bundan başqa, o Rusiyanın İrandakı səfirliyində nazir müşavir vəzifəsində və Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentində çalışıb.