Polşa Qərbdən Ukraynaya yardımı artırmağı tələb edibbackend

Polşa Qərbdən Ukraynaya yardımı artırmağı tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Polşanın yeni baş naziri Donald Tusk ölkə parlamenti qarşısında çıxışı zamanı bildirib ki, Polşa Ukraynaya yardım göstərməyə davam etməlidir, lakin onun vətəndaşlarını xatırlamaq lazımdır.

“Rusiyanın Ukraynaya hücumu həqiqətən hamımıza qarşı hücumdur. Biz bu qarşıdurmada Ukraynaya kömək etmək üçün Qərb dünyasının səfərbər olmasını qətiyyətlə və yüksək səslə tələb etməliyik. Mən artıq Ukraynadakı vəziyyətdən yorulmaq barədə nəsə deyən Qərb siyasətçilərinə qulaq asa bilmirəm. Polşanın Ukraynaya yardımı vacibdir, lakin polşalı fermerlərin maraqlarına gəldikdə biz iddialı olmalıyıq”, – deyə Tusk bildirib.