NOCOMMENT.az xəbər verir ki, Almaniyanın Baş Prokurorluğu çərşənbə axşamı bildirib ki, Rusiya vətəndaşı və knyazlıq ailəsinin üzvü XIII Roys Henrixin də daxil olduğu 27 nəfərə qarşı dövlət çevrilişinə cəhddə ittiham irəli sürülüb. Bu barədə RİA Novosti məlumat yayıb.
Nəşr qeyd edir ki, Baş Prokurorluq Frankfurt-Maynin Ali Regional Məhkəməsində 10, Münhen məhkəməsində 8, Ştutqart məhkəməsində 9 nəfərə qarşı ittiham irəli sürüb.
Bəyanatda qeyd olunur ki, Rusiya vətəndaşı assosiasiyanın Almaniyada çevriliş təşkil etmək planlarını dəstəkləyib. O, XIII Henrix üçün Rusiyanın Leypsiqdəki Baş Konsulluğu ilə əlaqə təşkil edib, həmçinin onu 2022-ci ilin iyununda oraya səfərində müşayiət edib və knyaz ailəsinin nümayəndəsinə alınmış peyk telefonlarını yoxlamağa kömək edib, Almaniya Baş Prokurorluğu qeyd edib.