NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Rusiya Avstriya və İsveçrənin “şanlı neytrallıq ənənələrini” unutduqlarına görə təəssüflənir.
“Biz təəssüf edirik ki, sözün əsl mənasında gözümüzün qabağında Avstriya və İsveçrə kimi ölkələr Ukrayna böhranı kontekstində açıq-aşkar və yanlış anlaşılan ani maraqlar naminə neytrallığın şanlı ənənələrini unudublar. Onlar zəmanəmizin aktual çağırışlarının həlli yollarının tapılmasında vasitəçi kimi çıxış etmək imkanından könüllü olaraq məhrum olublar”, – diplomat bildirib.