NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq ictimaiyyətin Qəzza zolağında döyüşlərlə bağlı ikili standartları gələcəkdə bütün dünyaya yayıla bilər. Bunu Cenevrədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.
“Beynəlxalq hüquq və beynəlxalq təşkilatlar İsrailin vəhşiliklərinə son qoya bilmirlərsə, onların nə faydası var? Qəzzadakı vəziyyətlə bağlı ikili standartlara indidən son qoyulmasa, gələcəkdə bütün dünyaya təsir edəcək”, – XİN rəhbəri bildirib.
Qeyd edək ki, Oktyabrın əvvəlində Fələstinin HƏMAS qüvvələri “Əl-Əqsa Daşqını” əməliyyatının başladığını elan edərək, İsrailə böyük raket hücumu həyata keçirib. Hücum çərçivəsində minlərlə yaraqlı yəhudi dövlətinin ərazisinə daxil olub, hərbi texnikanı ələ keçirib və yüzdən çox insanı əsir götürüb.Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-ı məhv edəcəyinə söz verərək “Dəmir Qılınclar” əməliyyatına başlayıb.