Ukrayna lideri Vladimir Zelenski ABŞ senatorlarına bildirib ki, Ukrayna cəbhə xəttində qoşunları gücləndirmək üçün 40 yaşdan yuxarı kişiləri hərbi xidmətə çağırmağı düşünür.
NOCOMMENT.az xəbər verir ki, bunu Missisipi ştatından olan senator, Respublikaçılar Partiyasının üzvü Rocer Uiker deyib.
Hazırda Ukraynada 27-60 yaş arası kişilər səfərbərliyə çağırılır. Lakin ölkədən çıxışla bağlı məhdudiyyətlər 18 yaşından hərbi xidmət keçməli olan vətəndaşlara şamil edilir.