Qəzza sektorunu daha 22 rusiyalı tərk edibbackend

Qəzza sektorunu daha 22 rusiyalı tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Daha 22 Rusiya vətəndaşı “Rəfah” keçid məntəqəsini keçib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

“Bu gün daha 22 Rusiya Federasiyası vətəndaşı və onların ailə üzvləri “Rəfah” keçid məntəqəsini keçib. İndi onlar operativ qərargahın yerləşdiriləcəyi Qahirəyə avtobusla gedirlər”, – Fövqəladə Hallar Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, xilasedicilər rusiyalılara psixoloji və tibbi yardım göstərir, həmçinin Rusiyaya qayıtmaq üçün sənədləri hazırlamağa kömək edirlər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi mindən çox Rusiya vətəndaşının “Rəfah” sərhəd keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxarılaraq Rusiyaya təhvil verildiyini bildirmişdi.