NOCOMMENT.az xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə “yaxşı” görüş keçirdiyini deyib. Bu barədə CNN telekanalı məlumat yayıb.
Conson bildirib ki, o, ABŞ-ın Ukraynaya yardım qanun layihəsini irəli sürməzdən əvvəl sərhəd problemini həll etməli olduğu mövqeyində sabitdir.
Siyasətçinin sözlərinə görə, milli təhlükəsizliyə hər hansı əlavə xərclər paketinin birinci şərti ilk növbədə ABŞ-ın milli təhlükəsizliyinə aiddir.
Bundan əvvəl ABŞ Senatında Zelenskinin konqresmenlərlə qapalı görüşü başa çatıb.