Jurnalist Hafiz Babalı saxlanılıb.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ”Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Hafiz Babalının saxlanılması ilə bağlı məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı qafqazinfo-ya təsdiq edib.
Qeyd edək ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittiham ilə həbs ediliblər.