NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri yekun məğlubiyyətə uğrayarsa, Ukraynadakı münaqişə Şimali Atlantika Alyansı üçün problemə çevrilə bilər. Bunu ABŞ Demokratik Partiyasının senatoru Şerrod Braun deyib.
“Amerikanın dəstəyi olmadan Ukrayna ərazilərini itirə bilər və münaqişə “NATO probleminə” çevrilə bilər”, – deyə Braun deyib.
Onun fikrincə, silahlı qarşıdurma postsovet məkanının digər ərazilərinə də keçə bilər ki, bu da dünya müharibəsinə səbəb ola bilər.
“Heç kim bunu istəmir”, – deyə Braun bildirib.