Odessada bu gün axşam saatlarında, dekabrın 13-də partlayış səsləri eşidilib. Şəhər və rayonda hava xəbərdarlığı elan edilib.
NOCOMMENT.az bu barədə RBC-Ukrayna “ Suspilne Odessa”ya istinadən xəbər verir .
“Odessada partlayış səsləri eşidildi”, – mesajda deyilir.
Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Qara dəniz ərazisindən Odessa vilayəti istiqamətində zərbə PUA-larının hərəkətinin qeydə alındığını bildirmişdi.
Daha sonra hərbçilər Odessa istiqamətində pilotsuz təyyarələrin hərəkəti barədə məlumat veriblər. Daha sonra isə şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıblar.