Sankt-Peterburqun yüksək rütbəli yanğınsöndürənləri Şimal paytaxtının mərkəzindəki ən böyük tarixi bazarda baş vermiş yanğını söndürürlər.
NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, tarixi ticarət kompleksinin 3-4 mərtəbəli binasının otaqlarından biri yanıb.
Xilasedicilər 20 nəfəri təxliyə ediblər. Lakin tələfat barədə məlumat yoxdur.
Yanğının söndürülməsinə 28 yanğınsöndürən və 6 ədəd FHN texnikası cəlb olunub.