NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski İslandiyanın baş naziri Katrin Yakobsdottirlə görüşdüyünü bildirib. Bu barədə o, Telegram kanalında yazıb.
Ukrayna dövlətinin başçısı görüşü “yaxşı” adlandırıb. O, İslandiyadan siyasi, diplomatik, sanksiyalar və humanitar dəstəyə görə Jakobsdottirə minnətdarlığını bildirib.
“Biz növbəti beynəlxalq addımları əlaqələndirdik və 2024-cü ilə qədər uzunmüddətli dəstəyi müzakirə etdik. Bizim ümumi məqsədimiz Ukraynada və bütün Avropada azadlığı qorumaqdır. Biz buna nail olmaq üçün birlikdə çalışırıq”, – deyə Zelenski yazıb.