Fed faiz dərəcəsini sabit saxlayıbbackend

Fed faiz dərəcəsini sabit saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini gözləntilər daxilində dəyişməyərək, 22 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz səviyyəsində sabit saxlayıb.

NOCOMMENT.az  bu barədə TASS-a istinadla xəbər verir.

“Komitə (FOMC – TASS qeydi) uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlərə dəstək olaraq, Komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamağa qərar verdi. ”, – mesajda deyilir.

FED 2023-cü il üçün ABŞ ÜDM-in artımı ilə bağlı proqnozunu 2,1%-dən 2,6%-ə qədər yaxşılaşdırıb. 2024-cü il üçün proqnoz 1,5%-dən 1,4%-ə endirilib. 2025-ci il üçün iqtisadi artım proqnozu 1,8 faiz səviyyəsində saxlanılıb, 2026-cı il üçün isə 1,8 faizdən 1,9 faizədək artırılıb.

ABŞ-da 2023-cü ildə işsizlik proqnozu 3,8% səviyyəsində saxlanılıb, 2024-2026-cı illərdə bu rəqəm 4,1% olacaq. ABŞ-da 2023-cü ildə inflyasiya proqnozu 3,3%-dən 2,8%-ə, 2024-cü ildə 2,5%-dən 2,4%-ə, 2025-ci ildə 2,2%-dən 2,1%-ə qədər yaxşılaşdırılıb. FED-in hesablamalarına görə, ABŞ-da inflyasiya 2026-cı ildə 2%-lik hədəfə çatacaq