Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin dekabrın 13-dən 14 – nə keçən gecə Ukrayna ilə sərhəddə naməlum pilotsuz təyyarənin düşməsindən sonra Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rumıniya diplomatik departamenti məlumat yayıb .
“Xarici İşlər Nazirliyinin Strateji Məsələlər üzrə Dövlət Katibi İulian Fota Ukrayna liman infrastrukturuna hücum üçün istifadə edilən pilotsuz uçan aparatın nəzarətsiz yerə düşməsi nəticəsində baş vermiş yeni insidentlə bağlı Rumıniya hakimiyyətinə qəti etirazını bildirib”, – məlumatda deyilir.