Nalçik məhkəməsi hərbi hissəyə məxsus helikopter planerinin oğurlanması işi üzrə 48 yaşlı iş adamına hökm çıxarıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru- ya Kabardin-Balkar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .
Çegem rayon sakini oğurluqda təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs yükdaşıma sahəsində sahibkardır. 2018-ci ilin iyun ayında o, cinayət ortağı tərəfindən verilmiş saxta etibarnamə təqdim edərək Mi-8 helikopterinin dayaq konstruksiyasını söküb mühafizə zonasından çıxarıb . Məhkum oğurladığı əmlakı 200 min rubl qarşılığında metal toplama məntəqəsinə təhvil verib.