Ukrayna Almaniyadan ikinci “Patriot” hava hücumundan müdafiə sistemi alıbbackend

Ukrayna Almaniyadan ikinci “Patriot” hava hücumundan müdafiə sistemi alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Almaniya Ukraynaya ikinci Patriot hava hücumundan müdafiə sistemini təqdim edib. Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, qurğudan əlavə Ukraynaya mərmi də verilib. Həmçinin son bir həftə ərzində doqquz Bandvagn 206 bütün ərazi nəqliyyat vasitəsi, yeddi Zetros yük maşını və 50 minə yaxın patron verilib.

Daha əvvəl xəbər verilmişdi ki, Almaniya kansleri Olaf Şolz 2023-cü ilin sonuna kimi Almaniyanın Ukraynaya verdiyi ikinci Patriot sisteminin istifadəyə veriləcəyini bildirib.