Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa prezident seçkilərində namizəd kimi iştirak edəcək.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərar Partiyanın Ali Məclisində qəbul edilib.
O, sənədlərin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Deputat Zahid Oruc da namizədliyini irəli sürəcəyini açıqlayıb.