İsrail ilk dəfə olaraq Qəzzaya yardımın daxil olması üçün Kerem Şalom Sərhəd Qapısının açılmasına icazə verib.
NOCOMMENT xəbər verir ki, İsrail rəhbərliyi ilk dəfə olaraq Qəzza zolağı ilə Kerem Şalom Sərhəd Qapısının humanitar yardımların keçməsi üçün açılmasına icazə verib.
ABŞ bu qərardan məmnundur. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bu qərarı “vacib addım” kimi qiymətləndirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də qapının açılması qərarını “yaxşı xəbər” kimi qiymətləndirib.