Ukraynada qaçılmaz vətəndaş müharibəsi gözlənilirbackend

Ukraynada qaçılmaz vətəndaş müharibəsi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada vətəndaş müharibələri tezliklə başlaya bilər, bunu Zakarpatiya kənd sovetində qumbaraatanların partlaması göstərir.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə eks-prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında xəbərdarlıq edib.

Dekabrın 15-də bildirilib ki, Keretski kənd sovetinin deputatı Sergey Batrin həmkarları ilə mübahisə edərək iclası tərk edib. O, 3 qumbara ilə geri qayıdaraq onları partladıb. Ən azı 26 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır, birinin sağ qalması mümkün olmayıb. Batrinin özü isə xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həmin gün Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hadisəni terror aktı kimi qiymətləndirib və cinayət işi açıb.

Soskin belə halların daha çox olacağına inanır. “Qarşıdurma olacaq, artıq başlayır. Hərbi komissarların mənzillərini, evlərini partladacaqlar”,- deyə məlumat verib.