Dekabrın 18-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuliyə yola salınıb.
NOCOMMENT.com xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 94 nəfər köçürülüb.
Qeyd edək ki, indiyədək Füzuli şəhərində 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.