Bu gün “Qarabağ”ın rəqibi bəlli olacaq – Hansı komandalar var?backend

Bu gün “Qarabağ”ın rəqibi bəlli olacaq – Hansı komandalar var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün avrokubokların püşkatma mərasimi olacaq.

NOCOMMENT.az xəbər verir ki, əvvəlcə Bakı vaxtı ilə saat

15:00-da UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Saat 16:00-da isə UEFA Avropa Liqasının (AL) pley-off mərhələsinin püşkatması olacaq.

Xatırladaq ki, təmsilçimiz “Qarabağ”ın da pley-offdakı rəqibi bu püşkatma ilə bəlli olacaq.

Ağdam klubunun potensial rəqibləri isə aşağıdakılardır:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Milan” (İtaliya)

“Yanq Boyz” (İsveçrə)

“Şaxtyor” (Ukrayna)

Oyunlar fevralın 15-i və 22-i baş tutacaq. Təmsilçimizin ilk matçı səfərdə, ikinci matçı doğma meydanda oynayacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının qrup birinciləri ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün UEFA Konfrans Liqasında da pley-off mərhələsinin püşkü atılacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.