Məktəbə girməyə çalışan valideyn hamilə müəllimə hücum edibbackend

Məktəbə girməyə çalışan valideyn hamilə müəllimə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəb binasına zorla girməyə çalışan valideyn hamilə müəllimə hücum edib. O, hadisəyə müdaxilə etməyə çalışan mühafizəçini də vurub.

NOCOMMENT.az xəbər verir ki, hadisə İstanbulda baş verib.

aşakşehir Hacı Əli Osman Gül İbtidai məktəbində valideyn Mezher Ö. Uşağını dərsə buraxmaq istəyirdi. İcazə verilməyəndə o, zorla məktəb binasına girməyə cəhd edib.

Mezher Ö. hamilə müəllim Esin Ç.-yə sinifdə şagirdlərinin gözü qarşısında təhqir edərək hücum edib. Daha sonra hadisəyə müdaxilə etmək istəyən mühafizəçi Rıfkı Ç.-yə yumruq vurub və burnunu sındırıb.

Müəllim və mühafizəçi polis mərkəzinə gedərək şikayətçi olublar.