GÖKTÜRK-2 peyki dünya ətrafında 60 min səfər etdibackend

GÖKTÜRK-2 peyki dünya ətrafında 60 min səfər etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) 11 il əvvəl kosmosa göndərilən GÖKTÜRK-2 peykinin dünya ətrafında 60 min səfər etdiyini və görüntülər çəkdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.

“11 il əvvəl bu gün kosmosa göndərdiyimiz GÖKTÜRK-2 peykimiz dünya ətrafında 60 min səfər edib və görüntülər çəkib”.

Buna uyğun olaraq GÖKTÜRK-2 ilə dünyanın istənilən yerindən coğrafi məhdudiyyət olmadan yüksək keyfiyyətli şəkillər çəkilə bilər.

18 dekabr 2012-ci il Türkiyə vaxtı ilə saat 19.12-də Çindən kosmosa buraxılan GÖKTÜRK-2 Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən orbitə buraxılıb.