Avropa Şurası Ukraynaya yardım məsələsinə 2024-cü ilin əvvəlində baxacaqbackend

Avropa Şurası Ukraynaya yardım məsələsinə 2024-cü ilin əvvəlində baxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası tərəfindən Ukraynaya ayrılması nəzərdə tutulan 50 milyard avro yardım məsələsinə baxılması üçün mümkün tarixi  Avropa Şurasının rəhbəri Şarl Mişel açıqlayıb.

NOCOMMENT.az bu barədə TASS-a istinadla xəbər verir.

“Avropa İttifaqının çoxillik büdcəyə yenidən baxılması üzrə fövqəladə sammiti fevralın 1-də keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün bizə Macarıstanı inandırmaq üçün bir az daha vaxt lazımdır”.

O aydınlaşdırıb ki, sammit zamanı təkcə Ukrayna deyil, həm də miqrasiya və digər proqramlar barədə danışacaqlar.