İsrail silahlı qüvvələri Qəzza zolağında HƏMAS-a məxsus nəhəng tunel aşkar edərək, onu Fələstin təşkilatının əvvəllər tapılmış bütün kommunikasiyalarının “tac incisi” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror infrastrukturunun “tacdakı ləl-cəvahiratlardan” biri olan terrorçular tərəfindən qazılmış nəhəng tuneli aşkar edərək geniş ictimaiyyətə təqdim etdi ”, – deyə Ariel Bulşteyn brifinq zamanı bildirib.
Tunelin miqyasını izah edən Bulşteyn onun dərinliyinin 50 metrə çatdığını, uzunluğunun isə təxminən dörd kilometr olduğunu izah edib.