Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə İstanbul prosesini yenidən aktivləşdirməyə hazır olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, Onun sözlərini RİA Novosti sitat gətirir.
Onun sözlərinə görə, Türkiyə tərəfi Ukraynadakı böhranın diplomatik yolla həlli üçün səylərin bərpasının zəruriliyinə diqqət çəkir.
“Tərəflərdən tələb olarsa, yarımçıq qalmış İstanbul prosesini yenidən aktivləşdirməyə hazırıq”, – deyə Ərdoğan bildirib.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan bəyan etmişdi ki, Türkiyə yenidən Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır. Onun sözlərinə görə, Ankara münaqişənin ədalətli, sülh yolu ilə həllinə nail olmaq üçün Moskva ilə əlaqə saxlayır.