Avropa İttifaqı 12-ci anti-Rusiya sanksiyalar paketi çərçivəsində daha 140 fiziki və hüquqi şəxsi qara siyahıya salıb. Onların adları Aİ-nin rəsmi jurnalında dərc olunacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.
“Daha 140-dan çox fiziki və hüquqi şəxs aktivlərinin dondurulmasına məruz qalır”, – AK-nin bəyanatında deyilir.
“Qara siyahıya “Rusiya hərbi və müdafiə sənayesinin subyektləri”, o cümlədən “hərbi sənaye şirkətləri və özəl hərbi şirkətlər”, “İT sektorunun oyunçuları və digər mühüm iqtisadi qurumlar” daxil edilib”, – AK-nin bəyanatında qeyd olunur.
Rusiyanın yeni regionlarında son seçkiləri təşkil edənlərə qarşı da tədbirlər görülüb.